"Ford" 33 mindən çox avtomobilini geri çağırıb
Dünyanın ən böyük avtomobil şirkətlərindən biri olan "Ford" 33 576 avtomobilini təcili olaraq geri çağırıb.
Operativ Media xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Məlumatda bildirilir ki, 2020-2022 "Ford Escape" və 2021-2023 "Ford Bronco Sport" modellərini geri çağırılıb. Həmin avtomobillərin yolda hərəkət zamanı alov ala biləcəyi barədə xəbərdarlıq edilib.
Şirkət qeyd edib ki, buna səbəb isə avtomobillərin yanacaq injektoru hissəsindəki problemdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net