Menyu

ABŞ-də qatar qəzası nəticəsində 3 nəfər həlak olub

ABŞ-də qatar qəzası nəticəsində 3 nəfər həlak olub
1 dəq oxu

ABŞ-nin Pensilvaniya ştatında qatar qəzası nəticəsində 3 nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə Pensilvaniya ştat departamenti məlumat yayıb. 

Məlumatına görə, Filadelfiya istiqamətində hərəkət edən Amtrak Acela qatarı naməlum səbəbdən üç nəfəri vurub. Qəzadan sonra Filadelfiya ilə Nyu York arasında əlaqə dayandırılıb. 

Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildiriblər.

Əlaqəli Xəbərlər