ABŞ-də baş verən qasırğalar nəticəsində 7 nəfər həyatını itirib.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İlkin məlumatlara görə, Tennessi, Missuri və İndiana ştatlarında bir çox evə ziyan deyib. Tornado nəticəsində bölgədəki evlər elektriksiz qalıb, Tennessi və Kentukki ştatlarında bəzi məktəblərdə təhsil dayanıb.
Səlahiyyətlilər həftə sonuna qədər davam edəcəyi gözlənilən leysan yağışları səbəbi ilə əhaliyə xəbərdarlıq edib.