Sahibə Qafarova Daşkənddə Ulu Öndərin abidəsini ziyarət edib
Əsəd Abbaslı
Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti aprelin 4-də Daşkənddə Heydər Əliyev Meydanında olub.
Milli Məclisdən Operativ Media-a bildirilib ki, Spiker Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri meydanda ucaldılan Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, 2022-ci ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı Azərbaycan və Özbəkistan dövlət başçılarının iştirakı ilə Heydər Əliyev Meydanının açılışı olub.
Bu meydanın yaradılması dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
Daşkəndin Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşən meydanın ətrafındakı binalar abadlaşdırılıb, ərazisi tamamilə yenidən qurulub.
Burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Teqlər:
"Sahib\u0259 Qafarova Da\u015fk\u0259ndd\u0259 Ulu \u00d6nd\u0259rin abid\u0259sini ziyar\u0259t edib"