Menyu

Ukrayna ordusu Bryanskda körpünü vurub

Əsəd Abbaslı
Ukrayna ordusu Bryanskda körpünü vurub

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Bryansk vilayətindəki körpüyə raket zərbəsi endirib.

Operativ Media xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Boqomaz "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, Ukrayna sərhədindən həyata keçirilən hücum zamanı Demyanki və Azarovka kəndləri arasındakı körpü hədəf alınıb.

Boqomaz bildirib ki, bu körpü yalnız mülki nəqliyyatın hərəkəti üçün nəzərdə tutulub.

Hadisə nəticəsində xəsarət alanın olmadığı açıqlanıb.

Qeyd edək ki, bundan əvvəl Belqorod vilayətindəki körpülərə də oxşar hücumlar edildiyi bildirilib.

Bu cür hücumların Rusiya qüvvələrinin manevr imkanlarını məhdudlaşdırmaq məqsədilə edildiyi ehtimal olunur.

Teqlər:

"Ukrayna ordusu Bryanskda k\u00f6rp\u00fcn\u00fc vurub"

Əlaqəli Xəbərlər