Menyu

Pərviz Şahbazov: ADB və ABII “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinə texniki yardım ayırıb

Əsəd Abbaslı
Pərviz Şahbazov: ADB və ABII “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinə texniki yardım ayırıb

Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (ABII) “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin Texniki-İqtisadi Əsaslandırılmasının (TİƏ) hazırlanması üçün 2 milyon ABŞ dolları məbləğində texniki yardım ayırıb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov mətbuat konfransında məlumat verib.

O xatırladıb ki, Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya-Azərbaycan “yaşıl enerji” dəhlizinin yaradılması layihəsinin həyata keçirilməsinə dair saziş 2024-cü ilin noyabrında COP29 çərçivəsində imzalanıb.

“Bu gün bu layihənin TİƏ üçün maliyyə ayrılması barədə qərar qəbul edilib. Üç ölkə ADB və ABII ilə 2 milyon ABŞ dolları həcmində texniki yardım ayrılması haqqında saziş imzalayıb”, - nazir deyib.

P. Şahbazov əlavə edib ki, bu gün həm də yeni enerji dəhlizinin - “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan”ın reallaşdırılmasının əsası qoyulub, adıçəkilən ölkələrin energetika nazirləri bununla bağlı memorandum imzalayıblar.

“Azərbaycan hazırda bir sıra “yaşıl enerji” təşəbbüslərini, o cümlədən “Xəzər dənizi-Qara dəniz-Avropa” (Macarıstan) “yaşıl enerji” dəhlizi layihəsini həyata keçirir. Qeyd etmək istərdim ki, bütün bu “yaşıl enerji” dəhlizi layihələrinin bir-biri ilə rəqabət apara biləcəyi ilə bağlı mümkün fərziyyələr doğru deyil. Azərbaycanın bu layihələri həyata keçirmək üçün kifayət qədər resursları var”, - o söyləyib.

Teqlər:

"P\u0259rviz \u015eahbazov: ADB v\u0259 ABII \u201cX\u0259z\u0259r Ya\u015f\u0131l Enerji D\u0259hlizi\u201d layih\u0259sin\u0259 texniki yard\u0131m ay\u0131r\u0131b"

Əlaqəli Xəbərlər