Menyu

Tramp: Vyetnam ABŞ tariflərini sıfıra endirməyə hazırdır

Əsəd Abbaslı
Tramp: Vyetnam ABŞ tariflərini sıfıra endirməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp Vyetnamın danışıqlara açıq olduğunu və ABŞ tariflərini sıfıra endirməyə hazır olduğunu bəyan edib.

Operativ Media xəbər verir ki bu barədə Tramp “Truth Social” hesabında yazıb.

“Vyetnam Kommunist Partiyasının baş katibi To Lam ilə indicə çox məhsuldar bir telefon danışığı oldu. O mənə dedi ki, Vyetnam ABŞ ilə razılığa gələ bilsə, tariflərini sıfıra endirmək istəyir. Ölkəmiz adından ona təşəkkür etdim və yaxın gələcəkdə görüşü səbirsizliklə gözlədiyimi bildirdim”- deyə, Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, Tramp Vyetnamdan idxal edilən mallara 46% yeni tarif tətbiq edib.

Teqlər:

"Tramp: Vyetnam AB\u015e tarifl\u0259rini s\u0131f\u0131ra endirm\u0259y\u0259 haz\u0131rd\u0131r"

Əlaqəli Xəbərlər