Menyu

Bolqarıstan Bakıdakı Anlaşma Memorandumunu mühüm enerji addımı kimi qiymətləndirir

Əsəd Abbaslı
Bolqarıstan Bakıdakı Anlaşma Memorandumunu mühüm enerji addımı kimi qiymətləndirir

Bolqarıstan bu gün Bakıda imzalanmış Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yeni elektrik enerjisi dəhlizinin yaradılmasına dair Anlaşma Memorandumunu enerji əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirir.

Operativ Media xəbər verir ki, bu barədə Bolqarıstanın energetika naziri Jeço Stankov Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin görüşləri çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, yeni dəhliz Xəzər regionundan Cənub-Şərqi Avropaya, xüsusən də Bolqarıstana, həmçinin Rumıniya və Macarıstana "yaşıl” elektrik enerjisinin tədarükünü təmin edəcək.

“Bu, Bolqarıstana bir milyard kubmetr qazın tədarükü üçün uzunmüddətli müqavilənin bağlanmasından sonra əməkdaşlığın inkişafının yaxşı nümunəsidir. İndi bu təcrübəni elektrik enerjisi sənayesində də genişləndirmək imkanımız var”, - J. Stankov deyib.

O vurğulayıb ki, uzunmüddətli perspektivdə Bolqarıstan nəinki daha ucuz qaz, həm də regionda istehsal olunan bərpa olunan elektrik enerjisini - külək və günəş enerjisini də ala biləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər