Menyu

İtaliyada doğum səviyyəsi rekord dərəcədə azalıb

Əsəd Abbaslı
İtaliyada doğum səviyyəsi rekord dərəcədə azalıb

İtaliyada doğum sayında ciddi azalma müşahidə edilir.

Operativ Media xəbər verir ki, İtaliyada 2024-cü ildə cəmi 370 min uşaq dünyaya gəlib.

Bu rəqəm ötən illə müqayisədə əhəmiyyətli dərəcədə azdır və ölkənin demoqrafik gələcəyi ilə bağlı narahatlıqları artırır.

Mütəxəssislər doğum nisbətindəki azalmanı iqtisadi çətinliklər, yüksək həyat xərcləri, gənclərin dəyişən həyat tərzi və yaşlanan cəmiyyətlə əlaqələndirirlər.

Bir çox ailə maddi qeyri-sabitlik səbəbindən uşaq sahibi olmağı təxirə salır və ya ümumiyyətlə ailə qurmaq istəmir.

2024-cü ilin sonunda İtaliyanın daimi əhalisi 37 min nəfər azalaraq 58 milyon 934 min nəfərə düşüb.

Bu isə ölkədə ümumi əhali sayının azalma tendensiyasının davam etdiyini göstərir.

Hökumət və aidiyyəti qurumlar bu prosesin qarşısını almaq üçün bir sıra təşviqedici və dəstək proqramları hazırlasa da, doğum nisbətinə müsbət təsir edən konkret və effektiv tədbirlərin hələ tətbiq edilmədiyi bildirilir.

Teqlər:

"\u0130taliyada do\u011fum s\u0259viyy\u0259si rekord d\u0259r\u0259c\u0259d\u0259 azal\u0131b"

Əlaqəli Xəbərlər