Menyu

Türkiyədə terror təşkilatı ilə əlaqəli 73 nəfər saxlanılıb

Əsəd Abbaslı
Türkiyədə  terror təşkilatı ilə əlaqəli 73 nəfər saxlanılıb

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bir vaxtlar Fətullah Gülənin rəhbərlik etdiyi “Paralel Dövlət” Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 73 nəfərin saxlanıldığını açıqlayıb.

Operativ Media xəbər verir ki, əməliyyatlar martın 19-dan 27-dək Türkiyənin 27 əyalətində, həmçinin Ankara, İstanbul və İzmirdə həyata keçirilib.

Nazirin sözlərinə görə, əməliyyatlara həm polis əməkdaşları, həm də jandarm qüvvələri cəlb olunublar. Hüquq-mühafizə orqanlarının hərəkətləri xüsusi xidmət orqanları ilə razılaşdırılıb.

“Saxlanılanlardan 48 nəfər barəsində artıq həbs qətimkan tədbiri seçilib. Onlar terrorçu təşkilatlar ilə əlaqədə olmaqda, cinayətkar təşkilatların ideologiyasını maliyyələşdirmə və təbliğ etməkdə, qadağan olunmuş proqramlardan istifadə etməkdə ittiham olunurlar”, - deyə daxili işlər naziri qeyd edib.

A.Yerlikaya əmin edib ki, FETÖ ilə mübarizə terror təşkilatının təhlükəsi tamamilə aradan qaldırılana qədər davam edəcək.

Teqlər:

"T\u00fcrkiy\u0259d\u0259 terror t\u0259\u015fkilat\u0131 il\u0259 \u0259laq\u0259li 73 n\u0259f\u0259r saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər