İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlarda son 24 saatda 60 nəfər həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, martın 18-dən indiyədək ölənlərin sayı 1309-a, yaralıların sayı isə 3184-ə çatıb.
Nazirlik qeyd edib ki, Qəzza zolağında 2023-cü il oktyabrın 7-dən buyana həyatını itirənlərin sayı 50 min 669-a, yaralananların sayı isə 115 min 225-ə yüksəlib
Teqlər:
"Q\u0259zzada son 24 saatda 60 n\u0259f\u0259r \u00f6l\u00fcb"