Cənubi Koreyada prezident seçkiləri iyunun 3-də keçirilə bilər
Əziz Əzizli
Koreya Respublikasının hakimiyyəti növbədənkənar prezident seçkilərini iyunun 3-nə təyin etmək niyyətindədir.
Operativ Media xəbər verir ki, bu barədə Yonhap agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, seçkilərin keçirilməsi ilə bağlı məsələ Nazirlər Kabinetinin çərşənbə axşamı planlaşdırılan iclasında qaldırılacaq. "Seçkilərin tarixini müəyyən etmək üçün Nazirlər Kabinetinin iclasının keçirilməsinin vacibliyini bildirən dəqiq hüquqi normalar yoxdur. Amma bu, səsvermə günü müvəqqəti istirahət gününün olmasını tələb edəcək mühüm məqam olduğundan, bu məsələ Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq", - mənbə bildirib.
Cənubi Koreya mediası daha əvvəl xəbər vermişdi ki, növbədənkənar prezident seçkilərinin tarixi, ehtimal ki, kabinet üzvlərinin iclasından sonra çərşənbə axşamı elan olunacaq. Koreya Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Baş Nazir Han Deok Su prezidentin vəzifəsindən kənarlaşdırılmasından sonra 10 gün ərzində - aprelin 14-dək tarix təyin etməlidir.
Teqlər:
"C\u0259nubi Koreyada prezident se\u00e7kil\u0259ri iyunun 3-d\u0259 ke\u00e7iril\u0259 bil\u0259r"