İran XİN: ABŞ və İsrailə sərt hərbi cavab verməyə hazırıq
ABŞ və İsrailin nüvə obyektlərinə zərbə endirmək təhdidlərinə və İrana qarşı istənilən kənar təcavüzə sərt hərbi cavab veriləcək.
Operativ Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında çıxışı zamanı deyib.
"Biz ölkəmizə qarşı istənilən hücum və ya təcavüzə cavab vermək üçün bütün gücümüzdən istifadə edəcəyik. İranı təhdid edənlər bilməlidirlər ki, bu təhdidlər reallaşarsa, dərhal onlara hərtərəfli cavab veriləcək. İslam respublikasına qarşı istənilən təhdid sərt cavabla qarşılanacaq”, - deyə o bildirib.
Teqlər:
"\u0130ran X\u0130N: AB\u015e v\u0259 \u0130srail\u0259 s\u0259rt h\u0259rbi cavab verm\u0259y\u0259 haz\u0131r\u0131q"