Menyu

İran XİN: Aprelin 8-də Rusiya-Çin-İran nüvə proqramı ilə bağlı görüş keçiriləcək

İran XİN: Aprelin 8-də Rusiya-Çin-İran nüvə proqramı ilə bağlı görüş keçiriləcək
1 dəq oxu

Aprelin 8-də Moskvada İranın nüvə proqramı ilə bağlı Rusiya, Çin və İran arasında üçtərəfli məsləhətləşmələr keçiriləcək.

Operativ Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında çıxışı zamanı deyib.

"Bu gün və ya sabah Moskvada növbəti üçtərəfli görüş keçiriləcək. Çin, Rusiya və İran nüvə problemi, birgə hərtərəfli fəaliyyət planı və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə bağlı müxtəlif aspektlər müzakirə ediləcək", - deyə o bildirib.

Əlaqəli Xəbərlər