Tramp İtaliya və Salvador liderləri ilə görüşəcək

Əsəd Abbaslı
Tramp İtaliya və Salvador liderləri ilə görüşəcək
Görüş zamanı tərəflər xüsusilə Tren de Araqua və MS-13 cinayətkar qruplarına qarşı birgə mübarizə məsələlərini müzakirə edəcəklər.

ABŞ Prezidenti Donald Tramp aprelin 17-də İtaliyanın baş naziri Ciorcia Meloni ilə Ağ Evdə görüşəcək.

Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.

"Prezident Tramp aprelin 17-də İtaliyanın baş naziri Ciorcia Melonini rəsmi işgüzar səfər çərçivəsində Ağ Evdə qəbul edəcək", – deyə Livitt bildirib.

O, həmçinin qeyd edib ki, Tramp aprelin 14-də Salvador Prezidenti Nayib Bukele ilə də Ağ Evdə görüş keçirəcək.

Görüş zamanı tərəflər xüsusilə Tren de Araqua və MS-13 cinayətkar qruplarına qarşı birgə mübarizə məsələlərini müzakirə edəcəklər.

Digər xəbərlər