Estoniyada daimi yaşayan Rusiya və Belarus vətəndaşları yerli seçkilərdə iştirak edə bilməyəcəklər.
Operativ Media xəbər verir ki, bununla bağlı Estoniya prezidenti Alar Karis Rusiya və Belarus vətəndaşlarını yerli seçkilərdə səsvermə hüququndan məhrum edən dəyişikliklər haqqında qanunu təsdiqləyib.
Qeyd edək ki, martın 26-da Estoniya parlamenti ölkədə daimi yaşayan Rusiya və Belarus vətəndaşlarının səsvermə hüququna xitam verən respublika Konstitusiyasına dəyişiklik edən qanun qəbul edib.
Estoniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü il noyabrın 1-nə olan məlumata görə, ölkədə 78 623 Rusiya, 2 667 Belarus vətəndaşı və 60 517 vətəndaşlığı olmayan şəxs var.






