İsrail son sutkada Qəzza zolağında 45 zərbə endirib
İsrail Hərbi Hava Qüvvələri son sutka ərzində Qəzzada radikallara məxsus 45 hərbi obyektə zərbələr endirib.
Operativ Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) bəyanatında deyilir.
"Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağı boyunca 45 terror obyektinə hücum edib. Hücumlar Qəzzada terror təşkilatları üçün silah istehsalı sahəsi, atılmağa hazır raketlərin olduğu atış meydançası, hərbi binalar, silah anbarları və terrorçuların hücrələrini hədəf alıb", - deyə məlumatda qeyd olunub.
Teqlər:
"\u0130srail son sutkada Q\u0259zza zola\u011f\u0131nda 45 z\u0259rb\u0259 endirib"