Antalyada Türkiyə və Rusiya XİN rəhbərləri arasında görüş olacaq

Nərmin Qocamanlı
Antalyada Türkiyə və Rusiya XİN rəhbərləri arasında görüş olacaq
Sergey Lavrov aprelin 11-də Qazaxıstana, 12-də isə Türkiyəyə səfər edəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 11-də Qazaxıstana, 12-də isə Türkiyəyə səfər edəcək.

Operativ Media xəbər verir ki, bunu Rusiya XİN-nin sözcüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, aprelin 11-də Lavrov Qazaxıstanda Rusiya və Mərkəzi Asiya XİN rəhbərlərinin səkkizinci görüşündə iştirak edəcək. Növbəti gün nazir Antalya Diplomatiya Forumunda (ADF) iştirak etmək üçün Türkiyəyə səfər edəcək.

O, bildirib ki, forum çərçivəsində Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə ikitərəfli görüş keçirəcək.

Qeyd edək ki, 11-13 aprel tarixlərində Antalya Diplomatiya Forumu baş tutacaq. Azərbaycan, İran və Ermənistan XİN rəhbərləri də Forumda iştirak edəcək.

Digər xəbərlər