Menyu

Ermənistan və İran xüsusi təyinatlıları birgə təlimlər keçirəcək

Əsəd Abbaslı
Ermənistan və İran xüsusi təyinatlıları birgə təlimlər keçirəcək

Ermənistan və İran xüsusi təyinatlılarının təlimi keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, təlimlər 9–10 aprel tarixlərində keçiriləcək.

Bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri təlimləri Ermənistan ərazisində, İran İslam Respublikasının Silahlı Qüvvələri isə paralel şəkildə öz ərazisində icra edəcəklər.

Təlimlərin məqsədi sərhəd təhlükəsizliyi üzrə koordinasiyanın gücləndirilməsi, qarşılıqlı çevik reaksiya imkanlarının artırılması və regional təhlükəsizlik üzrə əməkdaşlığın dərinləşdirilməsidir.

Teqlər:

"Erm\u0259nistan v\u0259 \u0130ran x\u00fcsusi t\u0259yinatl\u0131lar\u0131 birg\u0259 t\u0259liml\u0259r ke\u00e7ir\u0259c\u0259k"

Əlaqəli Xəbərlər