Ana səhifə / Dünya / Aİ ABŞ-yə qarşı yeni tarifləri təsdiqləyib Aİ ABŞ-yə qarşı yeni tarifləri təsdiqləyib 09.04.2025, 18:21 Əsəd Abbaslı Avropa İttifaqı (Aİ) ölkələri ABŞ-yə qarşı yeni ticarət tariflərini təsdiqləyib. Operativ Media xəbər verir ki, bu barədə Aİ məlumat yayıb. Qeyd edilib ki, yeni tariflər aprelin 16-dan tətbiq olunacaq. Bildirilib ki, bəzi Amerika mallarına rüsumlar 10-25 faiz arasında dəyişəcək. Bunlara tütün, motosiklet, quşçuluq, polad və alüminium daxildir. Macarıstan istisna olmaqla, 27 ölkədən 26-sı tariflərin artırılmasının lehinə səs verib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aprelin əvvəlində Aİ məhsullarına ticarət tariflərini 20 faizə qaldırıb. Teqlər: "A\u0130 AB\u015e-y\u0259 qar\u015f\u0131 yeni tarifl\u0259ri t\u0259sdiql\u0259yib"