Rusiya iki rumıniyalı diplomatı ölkədən çıxarıb
Əsəd Abbaslı
Rusiya Rumıniyadakı rusiyalı diplomatların arzuolunmaz şəxs (persona non-qrata) elan edilməsinə cavab olaraq iki rumıniyalı diplomatı ölkədən çıxarıb.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rumıniyanın Rusiyadakı müvəqqəti işlər vəkili nazirliyə çağırılıb.
Xatırladaq ki, martın 5-də Rumıniya Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki müvəqqəti işlər vəkili Yelena Kopninanı çağırıb və məlumat verib ki, ölkə hakimiyyəti Rusiya hərbi attaşesini və onun köməkçisini "1961-ci il tarixli Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına uyğun gəlməyən fəaliyyətə görə" persona non-qrata elan edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net