Rəşad Nəbiyev  “Netivei Israil” şirkətinin rəhbərliyi ilə görüşüb

Əsəd Abbaslı
Rəşad Nəbiyev  “Netivei Israil” şirkətinin rəhbərliyi ilə görüşüb
Azərbaycan şirkətlərinin İsraildə həyata keçirilən yol-nəqliyyat infrastrukturu layihələrində iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

İsraildə səfərdə olan Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev bu ölkənin yol infrastrukturu üzrə ixtisaslaşmış “Netivei Israil” şirkətinin rəhbərliyi ilə görüş keçirib.

Operativ Media xəbər verir ki, bu barədə nazir X hesabında paylaşım edib.

Görüş zamanı İsraildə həyata keçirilən şəhər nəqliyyatının idarəedilməsi, avtomobil və dəmiryolu layihələri barədə təqdimatlar təqdim olunub.

Tərəflər, həmçinin, Azərbaycan ilə İsrail arasında yol və dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

İsrail tərəfi bu sahədə tərəfdaşlığa maraqlı olduqlarını ifadə edib.

Eyni zamanda Azərbaycan şirkətlərinin İsraildə həyata keçirilən yol-nəqliyyat infrastrukturu layihələrində iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər