Menyu

Hikmət Hacıyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Əsəd Abbaslı
Hikmət Hacıyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

İranın paytaxtı Tehranda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi arasında görüş keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan "X" hesabında paylaşım edib.

Görüşdə 2025-ci il iyulun 3-4-də Azərbaycanın Xankəndi şəhərində keçiriləcək İƏT-in 17-ci Zirvə Toplantısı çərçivəsində təşkil olunacaq ECO həftəsi tədbirlərinə hazırlıq məsələləri müzakirə olunub.

Tərəflər tədbirlərin uğurla və yüksək səviyyədə təşkili məqsədilə həyata keçirilən təşkilati işlər, iştirakçı ölkələrlə koordinasiya mexanizmləri və proqramın əsas məqamları barədə geniş fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak etmək üçün İrana səfər edib.

Tehran Dialoq Forumu iki gün davam edəcək.

Teqlər:

"Hikm\u0259t Hac\u0131yev \u0130qtisadi \u018fm\u0259kda\u015fl\u0131q T\u0259\u015fkilat\u0131n\u0131n Ba\u015f katibi il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər