01 İyul 2025, 17:55
Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu başa çatıb
Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu başa çatıb şəkil
Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu başa çatıb

Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumu başa çatıb.

Operativ Media xəbər verir ki, tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, ECO-nun Baş katibi Əsəd Məcid Xan çıxış ediblər.

Onlar ECO çərçivəsində ilk dəfə baş tutan forumun gənclərin regional siyasətdə rolunu artırmaq və onların gələcək nəsillər üçün verdiyi töhfələri tanıtmaq baxımından mühüm platforma olacağına inandıqlarıni qeyd ediblər.

Daha sonra tədbir çərçivəsində "Yüksək səviyyəli perspektivlər: “Regional inkişafda gənclərin rolu” mövzusunda panel müzakirə aparılıb.

Növbəti panel sessiya isə "Ölkə müdaxilələri: Gənclərin milli strategiyalarının dayanıqlı inkişafa töhfəsinin qiymətləndirilməsi üzrə milli perspektivlər" mövzusuna həsr edilib.

Panel müzakirələrin sonunda isə gənclər tərəfindən işçi qruplar yaradılıb və gənclər siyasəti müzakirə olunub.

Tədbir çərçivəsində ECO-nun 2025-2036-cı illər fəaliyyət planının formalaşdırılmasında gənclərin iştirakçılığının artırılması dəstəklənib.

Son xəbərlər
Diplomatların peşə bayramı günü münasibətilə Gülüstan sarayında rəsmi qəbul təşkil olunub
Son 24 saat ərzində İsrailin hücumları nəticəsində Qəzzada 95 nəfər həlak olub
Corco Kyellini ABŞ klubunda səhmdar olub
Bloomberg: Aİ-nin 2034-cü ilə qədər büdcə layihəsində Kiyev üçün 100 milyard avro nəzərdə tutulub
ABŞ Patriot hava hücumundan müdafiə sistemini Ukraynaya köçürə bilər
Qvatemalada güclü zəlzələ baş verib
Klublararası DÇ: İlk finalçı bəlli oldu
Azərbaycan OPEC-in Beynəlxalq Seminarında təmsil olunur