04 İyul 2025, 09:53
Emoməli Rəhmon Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Emoməli Rəhmon Azərbaycana səfərə gəlib - YENİLƏNİB şəkil
Emoməli Rəhmon Azərbaycana səfərə gəlib - YENİLƏNİB

Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib.

Operativ Media xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistan Prezidenti Emoməli Rəhmonu elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

***

09:27

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana səfərə yola düşüb.

Operativ Media xəbər verir ki, prezident İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) üzv dövlətlərinin dövlət başçılarının iclasında iştirak edəcək.

Son xəbərlər
ABŞ Patriot hava hücumundan müdafiə sistemini Ukraynaya köçürə bilər
Qvatemalada güclü zəlzələ baş verib
Klublararası DÇ: İlk finalçı bəlli oldu
Azərbaycan OPEC-in Beynəlxalq Seminarında təmsil olunur
Ukrayna 20 ölkədə səfirlərini dəyişəcək
Paşinyan Qazaxıstana hərbi attaşe təyin edib
Bolqarıstan 2026-cı ildən avroya keçir
Gədəbəydə qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB