Menyu

İtaliyada meşə yanğınlarını törətmək üçün pişiklərdən istifadə edildiyi məlum olub

Operativ Media
İtaliyada meşə yanğınlarını törətmək üçün pişiklərdən istifadə edildiyi məlum olub

İtaliyanın cənubunda baş verən meşə yanğınlarını araşdıran polis əməkdaşları yanğının daha geniş sahəyə yayılması üçün qəsdən pişiklərin quyruğuna yanar maddələr hopdurulmuş əsgəylərin bağlandığını aşkar ediblər.

Operativ Media  xəbər verir ki, bu barədə "CNN" kanalı "Tengrinews.kz" saytına istinadən məlumat yayıb.

​Kalabriya Mülki Müdafiə Agentliyinin nümayəndəsi Domeniko Kostarella "Facebook" hesabında bildirib ki, hadisə yerində yandırılmış şamlar və ləngidilmiş alışdırma qurğuları kimi digər qəsdən yandırma sübutları da tapılıb.

​İtaliyanın RAI teleradio şirkətinin məlumatına görə, yanğınsöndürənlər Kalabriyadakı Pollino Milli Parkı ətrafında alovla mübarizəni davam etdirirlər. Son 24 saat ərzində bölgədə 160-dan çox xilasetmə əməliyyatı həyata keçirilib.

​İtaliya Heyvanların və Ətraf Mühitin Mühafizəsi Assosiasiyası hüquq-mühafizə orqanlarına müraciət edərək pişikləri yandıran şəxslər haqqında məlumat verənlərə 1000 avro mükafat təyin edildiyini açıqlayıb.

​"CNN" qeyd edir ki, İtaliyanın cənubunda bu üsuldan ilk dəfə istifadə olunmur. 2016-cı ildə Siciliya hakimiyyəti mafiyanı milli parkda meşə yanğınları törətmək üçün pişiklərdən istifadə etməkdə günahlandırmışdı. Növbəti il oxşar hal Neapol yaxınlığındakı Vezuvi ətrafında da qeydə alınıb.

​Kornell Universitetinin (ABŞ) tədqiqatçısı Loren Pirson isə bildirib ki, mafiya qruplaşmaları ərazilərə nəzarəti ələ keçirmək və torpaqları ucuz qiymətə almaq məqsədilə tez-tez bu tərzi yanğınlar törədirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər