ABŞ İrana hücumlarda ilk dəfə "B-1 Lancer" bombardmançısından istifadə edib
ABŞ Silahlı Qüvvələri İrana qarşı zərbələri bərpa etdikdən sonra ilk dəfə "B-1 Lancer" strateji bombardmançı təyyarəsini döyüşə cəlb edərək hərbi kampaniyanı miqyasını genişləndirib.
Operativ Media xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ administrasiyasındakı mənbələrinə istinadən məlumat dərc edib.
Portaldakı məlumata görə, "B-1" bombardmançısı ilə İrana endirilən bu zərbə üçün Böyük Britaniyanın hərbi bazasından istifadə olunub. "Bloomberg" agentliyi də öz mənbələrinə əsaslanaraq bildirib ki, Böyük Britaniyanın yeni baş naziri Endi Börnem sələfi Kir Starmerin ABŞ-yə verdiyi hərbi bazalardan istifadə icazəsini ləğv etməyib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən İrana qarşı hərbi əməliyyatlar həyata keçirir. İyun ayında tərəflər arasında bütün cəbhələrdə, o cümlədən Livan ərazisində döyüşləri dayandıran anlaşma memorandumu imzalansa da, iyulun 8-nə keçən gecə Vaşinqton Tehranı Hürmüz boğazı üzrə şərtləri pozmaqda ittiham edərək hücumları yenidən bərpa edib.