Bakının üç rayonunda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
Elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması və təmir-təftiş işləri ilə əlaqədar Nərimanov rayonunda saat 09:00-dan 13:00-dək Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən yaşayış binalarında, Azadlıq prospektinin bir hissəsində, Mövsüm Sənani və Mirəli Qaşqay küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bu barədə Operativ Media-ya "Azərişıq" ASC-dən məlumat verilib.
Yasamal rayonunda Hüseyn Cavid prospektinin bir hissəsində və Bəxtiyar Vahabzadə küçəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Suraxanı qəsəbəsində 14 İyul küçəsində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.