"Zaqatala" baş məşqçisi Rüstəm Məmmədov ilə yolları ayırıb
Operativ Media
"Zaqatala" Peşəkar Futbol Klubu baş məşqçi Rüstəm Məmmədov ilə əməkdaşlığa son qoyub.
Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təcrübəli mütəxəssis ilə sözləşmə müddəti başa çatıb və tərəflərin qarşılıqlı razılığı ilə müqavilə yenilənməyib.
Klubda 9 il fəaliyyət göstərən mütəxəssisin rəhbərliyi altında komanda Azərbaycan I Liqasında gümüş və bürünc medallar qazanıb, həmçinin Heydər Əliyev Kubokunun bürünc mükafatçısı olub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma