Abşeronda U-17 Cüdo Liqasının III turuna start verilir
Operativ Media
Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu keçiriləcək.
Bu barədə Operativ Media-ya Azərbaycan Cüdo Federasiyasından bildirilib.
İyulun 29–dan 31-nə qədər Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə 86 klub və idman cəmiyyətindən 670 idmançı (523 oğlan, 147 qız) 16 çəki dərəcəsində mübarizə aparacaq.
Bu, cari ildə U-17 Liqa yarışının son turudur və idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayacaq.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma