Menyu

41 yaşlı Valbuena Malta klubuna transfer oldu

Operativ Media
41 yaşlı Valbuena Malta klubuna transfer oldu
1 dəq oxu

Fransanın "Marsel", "Lion", Rusiyanın "Dinamo Moskva" və Türkiyənin "Fənərbaxça" kimi tanınmış komandalarının keçmiş yarımmüdafiəçisi Mathieu Valbuena karyerasını Maltada davam etdirəcək.

Operativ Media xəbər verir ki, 41 yaşlı təcrübəli futbolçu bu ölkənin II Divizionunda mübarizə aparan "Santa Lucia" klubu ilə müqavilə bağlayıb. Məlumatı Malta təmsilçisinin mətbuat xidməti yayıb.

​Artıq yeni komandasının düşərgəsinə qoşulan fransalı oyunçu ilə bağlanan sözləşmənin detalları açıqlanmayıb. Qeyd edək ki, Valbuena 2025/2026 mövsümündə Yunanıstanın "Olimpiakos" klubunun ikinci komandasında çıxış edərək keçirdiyi 11 qarşılaşmada 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı futbolçunun hazırkı transfer dəyərini 50 min avro qiymətləndirir.

Əlaqəli Xəbərlər