Menyu

ABŞ səfirliyi Bakıda keçirilən güləş üzrə U17 DÇ barədə paylaşım edib

Operativ Media
ABŞ səfirliyi Bakıda keçirilən güləş üzrə U17 DÇ barədə paylaşım edib

ABŞ-nin Azərbaycandakı səfirliyi İctimai Diplomatiya üzrə müşavir Maykl Həkettin iştirakı ilə Azərbaycan Güləş Federasiyası və Amerika QHT-si "Sülh naminə Güləş" (Wrestling for Peace) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi, eləcə də Bakıda keçirilən U17 Güləş üzrə Dünya Çempionatı ilə bağlı paylaşım edib.

​Operativ Media xəbər verir ki, diplomat iyulun 26-da təşkil olunan imzalama tədbirinə qatılıb. Sənəd dörd əsas istiqamət üzrə — idman diplomatiyası, mübadilə proqramları, humanitar tərəfdaşlıq, həmçinin uşaq və gənclər güləşinin inkişafı sahələrində əməkdaşlığın genişləndirilməsini ehtiva edir.

​Səfirliyin məlumatında bildirilib ki, iyulun 27-dən avqustun 2-dək Bakıda təşkil olunan U17 Güləş üzrə Dünya Çempionatında Birləşmiş Ştatlar bütün yarış növlərində mübarizə aparacaq. ABŞ və Puerto Riko yığmalarının heyətində 30-dan çox idmançı qüvvəsini sınayacaq.

​Həmçinin qeyd olunub ki, hər iki komandanın 2024-cü il Olimpiya Oyunlarındakı uğurları və Azərbaycanın son Avropa Çempionatındakı qələbəsi ABŞ və Azərbaycanın beynəlxalq güləş aləmində aparıcı mövqeyə sahib olduğunu göstərir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər