Menyu

Türkiyə klubu "Hoffenhaym"ın hücumçusunu heyətinə qatdı

Operativ Media
Türkiyə klubu "Hoffenhaym"ın hücumçusunu heyətinə qatdı
1 dəq oxu

"Amed" "Hoffenhaym"ın hücumçusu Gift Orban ilə icarə müqaviləsi imzalayıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilə 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.

24 yaşlı nigeriyalı futbolçu 2025-ci ilin yanvarından Almaniya klubunun heyətində yer alır. O, 2025/26 mövsümünü icarə əsasında "Verona"da keçirib. Hücumçu çıxış etdiyi 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Orbanın "Hoffenhaym" ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir. "Amed"in müəyyən şərtlər daxilində futbolçunu məcburi satınalma hüququ olacaq.

"Transfermarkt" portalı oyunçunun transfer dəyərini 7 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər