Ukrayna və İran XİN rəhbərləri gərginliyin azaldılmasını müzakirə edib - YENİLƏNİB
Rəsmi Tehran Xəzər dənizində İranın mülki gəmisinə edilən hücumla bağlı Ukraynadan təzminat tələb edib.
Operativ Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ukraynalı həmkarı Andrey Sibiqa ilə baş tutan telefon danışığı ilə bağlı "X" sosial şəbəkəsində etdiyi paylaşımda vurğulayıb.
Əraqçi bildirib ki, Sibiqa onu İran gəmisinə hücumun qəsdən olunmadığına əmin edib.
"İran da eskalasiya istəmir, lakin vətəndaşlarımıza və ya maraqlarımıza qarşı hər hansı hücumun qəbuledilməz olduğunu açıq şəkildə bildirdim. İtkilərə görə təzminat ödənilməlidir", - o bildirib.
22:00
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, görüş zamanı əsas diqqət gərginliyin daha da artmasının qarşısının alınmasına və diplomatik dialoqun davam etdirilməsinə yönəlib.
Ukrayna XİN rəhbəri qeyd edib ki, ölkəsinin bütün addımları Rusiyanın hücumlarından müdafiəyə yönəlib və mülki gəmiləri və ya dinc insanları hədəf almaq niyyəti olmayıb.
Sibiqa İranı vəziyyəti ağırlaşdıra biləcək addımlardan çəkinməyə və Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstəyini dayandırmağa çağırıb.