Menyu

İranlı güləşçi yarımfinal görüşünə gecikdi, məğlub elan edildi

Operativ Media
İranlı güləşçi yarımfinal görüşünə gecikdi, məğlub elan edildi

​İranın 45 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi Bakıda təşkil olunan dünya birinciliyinin yarımfinal görüşünə gecikdiyi üçün Azərbaycan təmsilçisi qələbə qazanıb.

​Operativ Media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilib ki, Bakıda keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanan Armin İsmaili nəzərdə tutulan vaxtda arena zalına çata bilməyib.

​Nəticədə vaxtında xalçaya çıxmayan idmançının rəqibi – Azərbaycan təmsilçisi qalib elan olunub. İran mətbuatının iddiasına görə, hadisə idmançını daşıyan avtobusun zala vaxtında çata bilməməsi səbəbindən baş verib.

​Görüşə qatıla bilməyən A.İsmaili final şansını itirərək bürünc medal uğrunda təsəlliverici qarşılaşmada mübarizə aparmalı olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər