Menyu

Qəbələ Festivalında ilk dəfə Azərbaycan və dünya kinofimlərindən musiqilər səsləndirilib

Operativ Media
Qəbələ Festivalında ilk dəfə Azərbaycan və dünya kinofimlərindən musiqilər səsləndirilib

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında ilk dəfə Azərbaycan və dünya kinofimlərindən musiqilər səsləndirilib.

Operativ Media xəbər verir ki, Mustafa Mehmandarovun bədii rəhbərliyi və baş dirijorluğu ilə “Scorrendo” Orkestrinin müşayiəti ilə həyata keçirilən bu layihə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Gecədə solistlər – skripka ifaçısı Səid Məmmədov və soprano Natella Quliyeva çıxış ediblər.

Konsert proqramında Tofiq Quliyevin "Görüş", Arif Məlikovun "Axırıncı aşırım", Xəyyam Mirzəzadənin "Yeddi oğul istərəm", Fikrət Əmirovun "Böyük dayaq" filmlərinə bəstələdikləri musiqilərlə yanaşı, Con Uilyams, Hans Zimmer, Ennio Morrikone, Ramin Cavadı, Nino Rota və Bill Konti kimi dünya şöhrətli bəstəkarların "Ulduz müharibələri", "Harri Potter", "İnterstellar", "Qeyri-mümkün tapşırıq", "İndiana Cons", "Peşəkar", "Matrisa", "Karib dənizinin quldurları", "Xaç atası" və "Rokki" filmlərindən məşhur musiqi əsərləri səsləndirilib. Müxtəlif nəsillərin sevdikləri ekran əsərlərinin yaddaqalan musiqilərinin canlı ifası amfiteatrda xüsusi ab-hava yaradıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər