Menyu

Paşinyan Baş nazir təyin edilib - YENİLƏNİB

Operativ Media
Paşinyan Baş nazir təyin edilib - YENİLƏNİB

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan "Vətəndaş müqaviləsi" partiyasının lideri Nikol Paşinyanı ölkənin Baş naziri təyin edib.

Operativ Media xəbər verir ki, müvafiq fərman Ermənistanın dövlət başçısının rəsmi saytında dərc olunub.

"Konstitusiyanın 149-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Nikol Paşinyan Ermənistan Respublikasının baş naziri təyin edilsin", - deyə fərmanda bildirilir.

14:23

Ermənistanda parlament seçkiləri ilə əlaqədar yeni formalaşacaq hökumətin baş naziri postuna namizəd irəli sürülüb.

Operativ Media xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyası baş nazir postuna yenidən Nikol Paşinyanın namizədliyini irəli sürüb.

Konstitusiyaya əsasən, yeni hökumətin başçısını Ermənistan Prezidenti Vaaqn Xaçaturyan təyin etməlidir.

Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan parlamentin ilk iclasının keçirildiyi bu gün Konstitusiyanın tələbinə uyğun olaraq hökumətin istefa verdiyini elan edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər