Pakistanda terror aktı törədilib - YENİLƏNİB
Pakistanın Hayber-Paxtunxva əyalətindəki polis bölməsi yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 14-ə çatıb, 20 nəfər isə yaralanıb.
Operativ Media "Dawn" qəzetinə istinadən xəbər verir ki, polis əməkdaşları bölmənin girişində onu saxlamağa və yoxlamağa cəhd etdikdən sonra kamikadze partlayıcı qurğunu işə salıb.
Qeyd olunub ki, partlayış həmin vaxt Svat vadisində terror fəaliyyətinin artmasına qarşı izdihamlı mitinqin keçirildiyi Kabal-Çouk meydanının yaxınlığında baş verib.
Daha əvvəl yeddi nəfərin öldüyü, 18 nəfərin isə xəsarət aldığı bildirilmişdi.
20:17
Pakistanın Svat bölgəsinin Kabal qəsəbəsində yerləşən polis bölməsinin qarşısında terror aktı törədilib.
Operativ Media xəbər verir ki, terrorçu kamikadzenin özünü partlatması nəticəsində azı 7 nəfər həlak olub, daha 20 nəfər yaralanıb.
Terrorçu polis əməkdaşları onu polis bölməsinin girişində saxlayaraq üzərində axtarış aparmaq istədikdən sonra üzərindəki partlayıcı qurğunu işə salıb.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, partlayış Kabal polis bölməsinin giriş qapısı yaxınlığında, yüzlərlə insanın Svat vadisində son vaxtlar artan terror hadisələrinə etiraz olaraq Kabal meydanında keçirilən aksiyada iştirak etdiyi vaxt baş verib.