Menyu

U-17 dünya çempionatı: İbrahim Həsənov gümüş medal qazandı

Operativ Media
U-17 dünya çempionatı: İbrahim Həsənov gümüş medal qazandı
1 dəq oxu

Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazanıb.

Operativ Media xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Benyamin Mayvanla qarşılaşıb. O, rəqibinə 1:5 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yarışa bu gün Milli Gimnastika Arenasında yekun vurulacaq.

Əlaqəli Xəbərlər