"44" bədii filminin treyleri yayımlanıb
Operativ Media
Vətən müharibəsindən bəhs edən "44" bədii filminin treyleri yayımlanıb.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.
Azərbaycan Kinosu Günü münasibətilə milli kino ənənələrinin yaşadılması və ölkəmizdə kino istehsalının inkişafı naminə zəhmətini, biliyini və istedadını əsirgəməyən bütün kino xadimlərini təbrik edən A. Ələkbərov Azərbaycan kinematoqrafiyasının tərəqqisi naminə bundan sonra da bütün imkanların səfərbər ediləcəyini bildirib.
"Bu əlamətdar gündə ümumi işə öz töhfəmizi verməkdən qürur duyur və payızda premyerası nəzərdə tutulan "44" bədii filminin treylerini diqqətinizə təqdim edirik", - Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net