Efiopiyada torpaq sürüşməsi baş verib, 14 nəfər ölüb
Operativ Media
Efiopiyanın şimalındakı Amhara regionunda torpaq sürüşməsi nəticəsində azı 14 nəfər həlak olub, yeddi nəfər ağır yaralanıb.
Operativ Media "Associated Press"ə istinadən xəbər verir ki, hadisə bazar ertəsi Müqəddəs Məryəmin Tsadkane Debre Mitmak monastırı yaxınlığında qeydə alınıb.
Fəlakətin səbəbi dağ süxurlarının uçmasına gətirib çıxaran şiddətli yağışlar olub. Həmin vaxt müqəddəs su ilə yuyunma ayinini icra etmək üçün monastırın yaxınlığına yüzlərlə dindar toplaşıb.
Zərərçəkənlər Debre-Birhan şəhərinin xəstəxanalarına çatdırılıblar. Dağıntılar altında qalanlar var və bununla əlaqədar olaraq axtarış-xilasetmə işləri davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net