Menyu

"Şəfa" "Sabahın Ulduzları" yarışından kənarlaşdırılıb

Operativ Media
"Şəfa" "Sabahın Ulduzları" yarışından kənarlaşdırılıb

"Şəfa"ın heyətində 2011-ci təvvəllüdlü futbolçuların olmadığını və akademiyasının yeni formalaşdığını nəzərə alaraq klubun müraciətinə əsasən komandanın "Sabahın Ulduzları" yarışında iştirakının dayandırılması ilə bağlı qərar qəbul edilib.

Operativ Media xəbər verir ki, bu barədə Bakı Futbol Federasiyasının Təşkilat Komitəsi məlumat yayıb.

U-15 yaş qrupunda yarışlara "Şəfa"nın əvəzinə "Rekord" komandası buraxılıb.

"Sabahın Ulduzları" U-15 yaş qrupunda keçirilən oyunlar Azərbaycanda baş tutacaq FIFA U-15 dünya çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinə futbolçu seçimləri və seleksiya xarakteri daşıyır. Bu yarışlarda FIFA-nın qərarına əsasən 2011-2012-ci il təvəllüdlü futbolçuların iştirakı nəzərdə tutulub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər