Menyu

Xidmət rəisi: İl ərzində vergi orqanlarına 3 milyonadək bəyannamə təqdim olunur

Operativ Media
Xidmət rəisi: İl ərzində vergi orqanlarına 3 milyonadək bəyannamə təqdim olunur

İl ərzində vergi orqanlarına təxminən 3 milyona yaxın bəyannamə təqdim olunur. Biz kameral nəzarət prosesinə daha çox erkən xəbərdarlıq və preventiv nəzarət mexanizmi kimi yanaşırıq.

Operativ Media xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli AZƏRTAC-a və REAL Televiziyasına müsahibəsi zamanı deyib.

“Burada əsas məqsədlərimizdən biri biznes subyektlərinin vergi öhdəliklərinə əməl etməsini mümkün qədər sadələşdirmək və bunun üçün sərf olunan vaxtı azaltmaqdır. Biz istəyirik ki, sahibkar vaxtını bəyannamələrin doldurulmasına deyil, əsas fəaliyyətinə – biznesinin inkişafına və gəlir əldə etməsinə yönəltsin, vergi öhdəliklərini isə onun üçün əlavə yük yaratmadan rahat şəkildə yerinə yetirsin”, - deyə Orxan Nəzərli qeyd edib.

Xidmət rəisi bildirib ki, kameral hesablamalarla bağlı yalnız vergi nəzarəti mexanizmləri deyil, eyni zamanda, inzibati şikayət mexanizmləri də mövcuddur. Əgər kameral hesablama aparılıbsa, sahibkarların vergi orqanına inzibati qaydada müraciət etmək hüququ var. Bundan başqa, Dövlət Vergi Xidmətinin Vergi Ombudsmanı fəaliyyət göstərir və sahibkarlar həmin mexanizm vasitəsilə də müraciətlərini təqdim edə bilərlər. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Apelyasiya Şurasına da müraciətlər daxil olur. Ən çox istifadə olunan mexanizm inzibati şikayət mexanizmidir: “Burada bir göstəricini qeyd edə bilərəm ki, daxil olan şikayətlərin təxminən 60 faizinə yaxın hissəsi müsbət həll olunur. Bu zaman ya bəyannamələrdə müvafiq dəqiqləşdirmələr aparılır, ya da vergi orqanlarının mövqeyinin əsaslı olduğu müəyyən edilir. Biz bu proseslər vasitəsilə hansı sahələrdə boşluqların və ya çətinliklərin olduğunu təhlil edir, gələcəkdə həmin problemlərin aradan qaldırılması üçün həm inzibatçılıqda, həm də qanunvericilikdə müvafiq dəyişikliklər təklif edirik”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər