Tramp: İranla danışıqların nəticələri 48 saat ərzində məlum olacaq
ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların uğurla davam etdiyini və nəticələrin yaxın 48 saat ərzində məlum olacağını bildirib.
Operativ Media xəbər verir ki, o jurnalistlərə açıqlamasında danışıqlarda irəliləyiş əldə olunduğunu vurğulayıb.
“Biz çox yaxşı irəliləyirik. Nəticələri 48 saat ərzində biləcəyik”, – deyə D.Tramp bildirib.
ABŞ Prezidenti həmçinin avqustun 4-də İranla keçirilən danışıqları müsbət qiymətləndirərək, müzakirələrin gün ərzində davam etdiyini və uğurla keçdiyini qeyd edib.
Bundan əvvəl "Financial Times" qəzeti yazmışdı ki, D.Tramp İranla bağlı eskalasiya ilə Tehranın şərtləri əsasında mümkün razılaşma arasında seçim qarşısındadır. Nəşrin iddiasına görə, Vaşinqtonun əsas məqsədi hazırda Hörmüz boğazının gəmiçilik üçün açıq qalmasını təmin etməkdir.