Menyu

"Napoli" və "Milan" İsveçrəli hücumçu Embolo ilə maraqlanır

Operativ Media
"Napoli" və "Milan" İsveçrəli hücumçu Embolo ilə maraqlanır

Fransanın "Renn" klubunda və İsveçrə milli komandasında çıxış edən Brel Embolo karyerasını İtaliya və ya İngiltərə çempionatında davam etdirə bilər.

​Operativ Media xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

​Məlumata görə, 29 yaşlı forvardla İtaliyanın "Napoli" və "Milan" klubları, eləcə də İngiltərə Premyer Liqasının bir neçə təmsilçisi yaxından maraqlanır. Artıq həmin klublar futbolçunun olası transferi ilə bağlı lazımi məlumatları əldə ediblər. "Renn" rəhbərliyinin isə təcrübəli oyunçunu 15 milyon avro qarşılığında satmağa hazır olduğu bildirilir.

​Qeyd olunub ki, Embolo ötən mövsüm Fransa çempionatında keçirdiyi 31 qarşılaşmada 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Birləşmiş Ştatlar, Kanada və Meksikanın ev sahibliyi etdiyi DÇ-2026-da isə o, İsveçrə yığmasının heyətində meydana çıxdığı 6 matçda 2 dəfə fərqlənib, 2 qolun ötürməsini verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər