Husilərin hücumu nəticəsində Səudiyyə Ərəbistanında 11 nəfər xəsarət alıb
"Ənsar Allah" hərəkatına mənsub husilərin Səudiyyə Ərəbistanının Nəcran şəhərinə təşkil etdiyi hücum nəticəsində aralarında qadın və dördyaşlı uşağın da olduğu 11 dinc sakin yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə ərəb koalisiyasının rəsmi nümayəndəsi briqada generalı Turki əl-Maliki "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, cümə axşamı günü baş verən hücum zamanı xəsarət alanların 7-si Səudiyyə Ərəbistanı vətəndaşıdır. Onların arasında ikinci dərəcəli yanıq xəsarəti alan dördyaşlı uşaq və bir qadın var. Digər zərərçəkənlərdən biri Yəmən, ikisi Misir, biri isə Pakistan vətəndaşıdır.
General əl-Malikinin sözlərinə görə, husilər mülki obyektləri hədəf almaqla beynəlxalq humanitar hüquq normalarını pozublar.