Azərbaycan XİN Sinqapuru Milli Bayram münasibətilə təbrik edib
Operativ Media
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) milli bayram münasibətilə Sinqapuru təbrik edib.
Operativ Media xəbər verir ki, XİN bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Milli Bayram münasibətilə Sinqapur Respublikasının xalqına və hökumətinə səmimi təbriklər. Milli Bayramın mübarək, Sinqapur", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, 9 avqust Sinqapurda Müstəqillik Günü kimi qeyd olunur. Belə ki, 1965-ci il avqustun 9-da Sinqapur Malayziya Federasiyasından ayrılaraq müstəqil və suveren dövlət olduğunu elan edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net