Bərdədə zəncirvari qəzada dörd nəfər xəsarət alıb
Operativ Media
Bərdə rayonunda üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada dörd nəfər xəsarət alıb.
Operativ Media xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "Toyota Camry", "VAZ 2107" və "VAZ 21099" markalı minik avtomobilləri toqquşub.
Hadisə zamanı VAZ-2107 markalı avtomobildə olan İsayev Xəyal Qurban oğlu, Məmmədov Oktay Əli oğlu, Abdullayev Ömər Telman oğlu və Bəşirov Orxan Qurban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net