“Neftçi” 3 ildən sonra Premyer Liqaya qələbə ilə başladı
Operativ Media
"Neftçi" Misli Premyer Liqasında uğursuz start seriyasına son qoyub.
Operativ Media Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, ardıcıl 3 mövsümə qələbəsiz başlayan Bakı klubu I turda səfərdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib.
"Ağ-qaralar" sonuncu dəfə 2022/2023 mövsümünə qələbə ilə başlayıb. Həmin vaxt paytaxt təmsilçisi səfərdə "Şamaxı"nı 1 qolla məğlub edib.
"Neftçi"nin ilk turda ən azı 3 qol vurması isə sonuncu dəfə 2013/2014 mövsümündə qeydə alınıb. 13 il əvvəl paytaxt derbisində AZAL üzərində 4:1 hesablı ev qələbəsi əldə olunub.
Qeyd edək ki, Bakı klubu startdakı səfər görüşündə 3 və ya daha çox qol vurmağı sonuncu dəfə 25 il əvvəl bacarıb. 2001/2002 mövsümündə "Ümid"in qonağı olan "Neftçi" 4 cavabsız qolla qalib gəlib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net