Menyu

“Sumqayıt” evdə ən çox məğlubiyyət yaşayan komanda oldu

Operativ Media
“Sumqayıt” evdə ən çox məğlubiyyət yaşayan komanda oldu

“Sumqayıt” Misli Premyer Liqasının 2026/27 mövsümünə ev məğlubiyyəti ilə start verib.

Operativ Media PFL-ə istinadən xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi öz meydanında “Neftçi”yə 1:3 hesabı ilə uduzub.

Bu, klub tarixinə Premyer Liqada 100-cü ev məğlubiyyəti kimi düşüb. “Sumqayıt” öz meydanında keçirdiyi 235 matçda 79 qələbə qazanıb, 56 heç-heçə edib və 100 dəfə xalsız qalıb. Ölkə çempionatları tarixində yüksək liqada ən çox ev məğlubiyyəti alan komanda olan “Sumqayıt” bu göstəricidə “100”ə çatan ilk klubdur.

Qeyd edək ki, “Sumqayıt”ın ilk ev məğlubiyyəti 2011-ci il avqustun 8-də “Qəbələ” ilə matça təsadüf edib – 1:2.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər